Xəzər Xəbər

Bakıda komendant saatı qaydalarına necə riayət edilir? VİDEO

Veb TV | 21:41 • 26 Oktyabr 2020
Bakıda komendant saatı qaydalarına necə riayət edilir?

Sentyabrın 28-dən etibarən ölkəmizdə tətbiq olunan komendant saatı müddətində vətəndaşların əksəriyyəti qoyulan qaydalara əməl edir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, aparılan araşdırmalar nəticəsində vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma bu vətəndaşlarda arxayınlıq yaratmamalıdır.


Ölkəmizdə hərbi vəziyyətlə bağlı tətbiq olunan komendant saatı müddətində aparılan yoxlamalar və araşdırmalar göstərir ki, cəmiyyətdə hərəkət iştirakçıları arasında qaydalara əməl edənlər çoxdur. Aşkarlanan ara sıra faktlar isə kütləvi xarakter daşımır. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev deyib. O bildirib ki, ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma bütün bunlar heç birimizə arxayın olmağa, hüquq və vəzifələrimizi unutmağa haq vermir.


Elşad Hacıyev bildirib ki, qurulan komendant postlarında hərəkət edən bütün avtomobillər vəsərnişinlər yoxlanır. Müvafiq icazə sənədlərinin olub-olmaması araşdırılır. Komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir. İcazəsi olmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.


Qurum rəsmisi qeyd edib ki, cəbhə bölgəsində ordumuzun inamlı qələbələri düşmən tərəfində ciddi qorxu yaradır. Düşmən tərəfindən hansısa təxribatların ola biləcəyi istisna edilmir. Buna görə də bütün vətəndaşlardan məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.

 

 

 

Xəbər lenti