Xəzər Xəbər

Ermənistanın S-300-ləri SİHA-ları niyə vura bilmir? Eksperti təəccübləndirən hərbi zəka

Cəmiyyət | 15:44 • 23 Oktyabr 2020
Ermənistanın S-300-ləri SİHA-ları niyə vura bilmir?

"Azərbaycanın Dağlıq Qarabağdakı əks-hücum əməliyyatlarının uğurunun səbəblərindən biri də çox yaxşı taktiki planlaşdırmadır".

 

"Yeni Şafak" bildirir ki, bunu türkiyəli məşhur hərbi analitik Turan Oğuz deyib.


O, SİHA-ların indiyə kimi 40-dan çox rus istehsalı hava müdafiə sistemini vurmasını isə 2 əsas amillə əsaslandırıb.


""Bayraktar TB-2" SİHA-ları həm hava müdafiə sistemlərinin  təsbit edə bilməyəcəyi sürətdə uçur, həm də MAM-L sursatlarını çox yüksəkdən atır".


Ekspert bildirir ki, Ermənistana məxsus hava müdafiə sistemləri köhnə və zəifdir:


"Bayraktar" rus müdafiə sistemlərinin limitlərinin üzərində performans göstərdiyi üçün onları vura bilmirlər.  İndiyə kimi vurulan 13 ədəd 9K33 OSA rus hava müdafiə sistemi saatta 360 km sürətin altında hərəkət edən cihazları ancaq 6.4 km qalmış və 5 km yüksəklikdə olduqda aşkarlaya bilir. "Bayraktar TB-2"  130 km, hətta daha az sürətlə uça bilir. Həmçinin  5.5 km yüksəklikdən sursat ata bilir. MAM-L-in də məzili  8 -14 kilometrdir.


T.Oğuzun sözlərinə görə, S-300-lər də SİHA-ları vura bilmir:


"S-300-lər 180 km sürətin altında uçan SİHA-ları təsbit və təqib edə bilmir. Bütün bunların hamısı oturulub detallı şəkildə planlaşdırılıb. Azərbaycan ordusunun bu müvəffəqiyyətinin arxa planında sahə kəşfiyyatı, həmçinin hərbi zəka dayanır. Təxminimcə, türkiyəlilərdən ibarət məsləhətçi qrupla bütün bunlar -  SİHA-ların qabiliyyəti, üstünlükləri, hərəkət planı və s.  detallı şəkildə müzakirə olunub. Mümkün təhdidlərə qarşı alınacaq bütün tədbirlər ətraflı şəkildə nəzərdən keçirilib. Həmçinin anlıq kəşfiyyat məlumatlarından da çox təsirli şəkildə istifadə edilir".



Sfera.az

Xəbər lenti