Xəzər Xəbər

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir? AÇIQLAMA

Cəmiyyət | 15:26 • 22 Oktyabr 2020
Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

"Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara icazə verilir”.


Bunu AzTV-nin efirində yayımlanan "Gün başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.


O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:


"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə nazirlik tərəfindən yoxlamalar gücləndirilib”.


P.Abubəkirov onu da qyed edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

Xəbər lenti