Xəzər Xəbər

2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi

İdman | 12:03 • 21 Oktyabr 2020
2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi

2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub.


"Soymotor" nəşrinin verdiyi məlumatına görə, siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 - 25 apreldə təşkili nəzərdə tutulub.


"Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.


Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.


Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.


Təxmini təqvim:


14 mart - Bəhreyn

28 mart - Vyetnam

11 aprel - Çin

25 aprel - AZƏRBAYCAN

2 may - Niderland

9 may - İspaniya

23 may - Monako

6 iyun - Kanada

20 iyun - Avstriya

27 iyun - Fransa

11 iyul - Böyük Britaniya

25 iyul - Macarıstan

29 avqust - Belçika

5 sentyabr - İtaliya

19 sentyabr - Rusiya

26 sentyabr - Sinqapur

10 oktyabr - Yaponiya

24 oktyabr - Avstraliya

7 noyabr - ABŞ

14 noyabr - Meksika

28 noyabr - Səudiyyə Ərəbistanı

5 dekabr - BƏƏ


report

Xəbər lenti