Xəzər Xəbər

Goranboyun düşmənlə ön xətdə yerləşən kəndlərində vəziyyət necədir? - VİDEO

Veb TV | 19:50 • 19 Oktyabr 2020
Goranboyun düşmənlə ön xətdə yerləşən kəndlərində vəziyyət necədir? -

Gün keçdikcə ordumuzun ugurları artır. Daim düşmən ordusu tərəfindən atəş altında saxlanılan ərazilər də artıq Azərbaycan hərbçilərinin nəzarəti altına keçib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər Goranboy rayonunun düşmənlə ön xətdə yerləşən kəndləri təhlükə altında idi, amma Ordumuzun irəliləməsindən sonra vəziyyət dəyişib.

Kənd sakinlərinin sözlərinə görə, ermənilər hər dəfə bu əraziləri atəşə tutduğundan mal-qara otaran, eləcə də digər işlər görənlərin həyatı üçün təhlükə yaranırdı. Artıq bu problem həllini tapıb.

Kənd sakinləri orduya güvəndiklərini, indi rahatlıqla öz işləri ilə məşgul olduqlarını bildiriblər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ermənilərin atəşə tutduğu kəndlərdə dəymiş ziyanlar yerində araşdırılır.

Hazırda kəndlərə həyat öz axarı ilə davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti