Xəzər Xəbər

Vətəni əsgər anasından soruş - Vətən azad deyilsə, fərqi yoxdur, bir oğlun var, ya üç VİDEO

Veb TV | 22:10 • 1 Oktyabr 2020
Vətəni əsgər anasından soruş - Vətən azad deyilsə, fərqi yoxdur, bir oğlun var, ya üç

Yəqin ki, dünyanın heç bir yerində öz övladını gülə-gülə müharibəyə yola salan insanlara rast gələ bilməzsiniz. Və yəqin ki, o oğulların şəhid olacağına sevinən valideyn də tapılmaz yer üzündə. Əslində bizim fərqimiz elə budur. Üzünü görmədiyi, daşına-divarına qədəm qoymadığı yurd uğrunda gözünü qırpmadan canından keçir oğullar. Valideynləri onlardan danışır.

 


Yarımçıq qalan bir müharibənin davamını aparmaq, bu torpaq uğrunda şəhid olan qardaşlarının intiqamını almaq və ermənini indiyə qədər etdiklərinə peşman etmək üçün yenə canını təhlükəyə atır Azərbaycan əsgəri... Bu məqsədin sözlə ifadəsini məhz Azərbaycan əsgərinin anası daha konkret və daha ürəkli ifadə edir.

 

 

Cümə Əzizov evin tək oğludur. Universitet tələbəsidir və özünün xaricdəki təhsilini yarımçıq qoyaraq orduya yazılıb. Anası Gülüstan xanım bizimlə narahatlığını yox, sevincini bölüşür:

 

 

 

Kəmalə xanım isə rəhmətə gedən bacısının oğlunu Vətənə əmanət edir. O deyir ki, Nicatın ən böyük arzusu zabit qardaşına oxşamaqdır. Elə bu məqsədlə də könüllü orduya yazılıb:

 

 

 

Əli Allahverdiyev bu gün cəbhəyə yola düşüb. Qardaşı Elçin özünün Əlidən əvvəl orduya yazıldığını deyir, lakin şans onun yox, Əlinin üzünə gülüb:

 

 

 

İllərdir gözü yolda qalan torpaqlarımıza, Qələbəyə, Vətən torpaqlarına gedən yolunuz açıq olsun, Azərbaycan oğulları! Çoxdandır açmayan Xarı bülbül, zənguləsi qulaqlarımızdan silinən Xan əminin səsi qırmızı koftalı Şuşa dağlarında yolunuzu gözləyir! Ayağınıza daş dəyməsin!

Xəbər lenti