Xəzər Xəbər

Azərbaycan Ordusu şanlı tarix yazır VİDEO

Veb TV | 20:12 • 1 Oktyabr 2020
Azərbaycan Ordusu şanlı tarix yazır

Azərbaycan əsgəri bir neçə gündür tarix yazır. İnanırıq ki, vətən uğrunda şərəflə döyüşən Azərbaycan əsgəri ölkənin ərazi bütövlüyünü bərpa edəcək. Bu gün vətən uğrunda döyüşlərdə yaralanan və şəhid olan hərbçilərimiz gənclər üçün örnəkdir.

Bir neçə gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bəzi yaşayış məntəqələrimizi işğaldan azad edib. Uzun fasilədən sonra Azərbaycan əsgərinin bu torpaqlara qayıtması artıq bu ərazilərin etibarlı əllərdə olduğunu göstərir. Əminliklə deyə bilərik ki, ordumuzun şücaəti ilə azad edilən torpaqlarda Azərbaycan bayraqları dalğalanacaq. Ermənistan əsgərlərindən fərqli olaraq, Azərbaycan Ordusunun hədəfi mülki əhali deyil, erməni silahlı birləşmələrinin mövqeləri, texnikası və canlı qüvvəsidir.

Əgər erməni xalqı Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etməli, uzun illər ona rəhbərlik edən quldur rejimdən xilas olmalıdır.

Ermənistan ordusu Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxmalıdır. Döyüşlər o halda dayanacaq ki, bölgəyə sülh gələcək. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq. Tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayır: tezliklə sağalıb yenidən döyüş bölgələrinə getməyə tələsirlər. Döyüş meydanında əldə olunan üstünlüklər onu göstərir ki, Azərbaycan ordusu öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

 

Xəbər lenti