Xəzər Xəbər

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Gündəm | 19:31 • 1 Oktyabr 2020
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”. 


XəzərXəbər-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.


A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: "Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.


Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: "Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.

Xəbər lenti