Xəzər Xəbər

Ermənistan ordusu mülki əhalini atəşə tutur VİDEO

Veb TV | 19:37 • 1 Oktyabr 2020
Ermənistan ordusu mülki əhalini atəşə tutur

Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri davam edir. Onlar Azərbaycan orudusundan fərqli olaraq mülki əhali və yaşayış məntəqələrini atəşə tuturlar. Nəticədə Ağdam, Tərtər və Goranboyda fərdi evlər dağılıb. Mülki şəxslər arasında ölənlər var.

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində Hacıməmmədli kənd sakinləri - 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar. Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.

Rayon ərazisində məcburi köçkünlər üçün salınmış Birinci Baharlı qəsəbəsinə isə mərmilərin düşməsi nəticəsində onlarla ev dağılıb, mal-qara tələf olub.

Bundan əlavə Ermənistan ordusunun atdığı top mərmiləri rayonun Gülbaharlı və Ayaq Qərvənd kənd tam orta məktəblərinə də ciddi ziyan dəyib.

Düşmən Tərtər istiqamətində də yaşayış məntəqələrini atəşə tutub. Atılmış mərmilərdən biri şəhərin mərkəzində Avtovağzalın qarşısına düşüb. Nəticədə bir nəfər mülki vətəndaş həlak olub. Ermənilərin öldürdüyü dinc sakin 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğludur

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşləri nəticəsində şəhər mərkəzindəki çörək sexi və şadlıq evi yarasız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmuyub.

Goranboyun Tapqaraqoyunlu kəndi də Ermənistan silahlı qüvvələrinin hədəfində olub. Kəndin iriçaplı silahlardan atəşə tutulması nəticəsində iki ev yararsız hala düşüb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mütəmadi artilleriya atəşinə tutulur.

Xəbər lenti

Çox oxunanlar