Xəzər Xəbər

Ermənistana son 4 gündə 5 milyard dollar civarında ziyan dəydi VİDEO

Veb TV | 19:25 • 1 Oktyabr 2020
Ermənistana son 4 gündə 5 milyard dollar civarında ziyan  dəydi

Düşmənə məxsus xeyli canlı qüvvə və texnikaların məhv edilməsi Azərbaycan ordusunun bir daha nəyə qadir olduğunu göstərdi. Hərbi ekspertlər deyirlər ki, 4 gündə düşmənin 5 milyard dollar civarında silah-texnika və hərbi infrasturukturu darmadağın edilib.Bu da onu sübut edir ki, Azərbaycan cənubi qafqazın ən güclü ordusuna sahibdir.

4 gündə ərzində düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərir.

Müdafiə Nazirliyin yaydığı məlumata görə sentyabrın 27-si səhər saatlarından ayın 30-u saat 21:30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Bu müddət ərzində düşmənin 2300 nəfərədək canlı qüvvəsi də məhv edilib. Bundan başqa.

-200-dək tank və digər zirehli texnika.

-228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan.

-30 ədəd hava hücumundan müdafiə vasitələri.

-6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi.

-5 silah-sursat anbarı.

-110-dan artıq avtomobil texnikası.

-1 ədəd ''S-300" zenit-raket kompleksi də darmadağın edilib.

Hərbi ekspert Ramil Məmmədli deyir ki, düşmənin hava hücumundan müdafiə vasitələrinin vurulması ilə Azərbycan ordusu, Hərbi Hava Qüvvələrinin, Döyüş Aviasiyalarının həmin ərazidə rahat uçuşlar həyata keçirməsinə şərait yaradıb. Ekspertin fikirincə düşmən bu qədər itkiləri 4 gündə veribsə, qarşıdakı günlərdə onları daha ağır günlər gözləyir. Bu da Azərbaycan ordusunun hücuma daha rahat keçməsi və döyüş meydanında böyük üstünlük qazanması deməkdir.

Ramil Məmmədli deyir ki, rəşadətli Azərbaycan ordusu 4 gün ərzində düşmənin 5 milyard dollara yaxın silah- texnika və hərbi infrastrukturunu sıradan çıxarıb.

Xatırladaq ki, Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Ekspert onu da bildirib ki, düşmənə məxsus döyüş bayrağının ordumuz tərəfindən ələ keçirilməsi hərbi əməliyyatlar baxımından olduqca böyük uğurdur.

Xəbər lenti