Xəzər Xəbər

Düşməndən azad olunan torpaqlarımız VİDEO

Veb TV | 19:52 • 1 Oktyabr 2020
Düşməndən azad olunan torpaqlarımız

Hörmətli oxucular indi sizə təqdim edəcəyimiz görüntülər çox təsirli və qürurvericidir. Əminik ki, təqdim edəcəyimiz materialı izləyərkən ürəyiniz dağa dönəcək. İşğaldan azad edilmiş ərazilərimizin kadrlarını görəcəksiniz. Görüntülərə baxdıqca hərbçilərimizdəki ruh yüksəkliyi demək olar ki, hər kəsdə işğal altında olan digər torpaqlarımızın da azad ediləcəyinə əminlik yaradır. Yolun açıq olsun, əsgər....

Üzlərində qələbə sevinci, ürəklərində isə vətən sevgisi.

İlk dəfə yayımlanan bu görüntülər qəhrəman ordumuz tərəfindən işğaldan azad edilən torpaqlarımızda lentə alınıb.

Ərazidəki hərbçilərimizin yüksək əhval ruhiyyəsi görüntüləri izləyən hər kəsi qürurlandırır.

Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazilərdə möhkəmləndiyi açıq-aydın sezilir.

Məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib.

Bununla yanaşı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.

Bəlkə də kimlərsə bu torpaqları ilk dəfədir görür. Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində indi videokadrlardan izlədiyimiztorpaqlarımızı yaxın gələcəkdə canlı görəcəyimizə əminik. Çünki Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Hər gün düşmənə sarsıdıcı zərbələr endirilir.

Xəbər lenti