Xəzər Xəbər

Qazaxıstanda naməlum səbəbdən yüzlərlə at ölür

Dünya | 11:11 • 1 Oktyabr 2020
Qazaxıstanda naməlum səbəbdən yüzlərlə at ölür

Qazaxıstanın Qızılorda vilayətində yüzlərlər at məlum olmayan xəstəlikdən ölüb.


Məlumatı "CentralAsia” saytı yayıb.


Yerli sakinlər aulda 200 atın naməlum səbəbdən öldüyünü bildiriblər.


"Bu hadisələr avqustdan başlayıb, hələ də davam edir. Atların ölməsinin səbəbi bilinmir. Biz 50 ildir atçılıqla məşğul oluruq. Belə hala heç vaxt rast gəlməmişik”, - vilayətin Baykenje kəndinin sakini Kanetbek Kembay deyib.


Onun sözlərinə görə, atlar 10 gün heç nə yemir, arıqlayır, sonra ölürlər. Müalicələrin nəticəsi olmur. Xəstə atları ilxıya buraxmırlar.


Qızılorda vilayətinin 4 rayonunda bu xəstəlik rəsmi olaraq təsdiqlənib. Yerli hakimiyyət məsələ ilə bağlı işçi komissiya yaratmaq niyyətindədir. Bu qurum atı ölən insanlara kompensasiya verilməsi məsələsinə də baxacaq./report

Xəbər lenti