Xəzər Xəbər

Solovyov erməniləri tərifləmək istədi, rüsvay oldu VİDEO

Veb TV | 21:04 • 30 Sentyabr 2020
Solovyov erməniləri tərifləmək istədi, rüsvay oldu

Rusiyanın ermənipərəst aparıcısı canlı efir zamanı rəzil olub. Canlı verilişdə açıq-aşkar Ermənistan mövqeyindən çıxış edən Vladimir Solovyov ruh yüksəkliyindən danışarkən səhvən Ermənistan yox, Azərbaycandakı hərbi komissarlığın görüntülərini təqdim edib.

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən "Solovyov layv" verilişində gözlənilməz hadisə ilə üzləşib.

Proqramda bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib. İnsanların alqış sədaları altında könüllüləri yola salması isə Solovyovun əsəbləşməsinə səbəb olub.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə "Sizin başınız işləyir? Bu, səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur" deyə bildirib.

Xəbər lenti