Xəzər Xəbər

Ermənilərdən xain hücum: Düşmən mülki əhalini hədəf alır VİDEO

Veb TV | 19:57 • 30 Sentyabr 2020
Ermənilərdən xain hücum: Düşmən mülki əhalini hədəf alır

Bu gün səhər saatlarından etibarən erməni silahlı qüvvələri Tərtər şəhərini artilleriya atəşinə tutur. Bir necə saat bundan öncə atılan top mərmisi şəhərin mərkəzinə düşüb. Yaralılar var. Bundan başqa, Goranboy, Ağdam və Bərdədə də bəzi kəndlərə mərmi düşüb.



Erməni silahlı qüvvələri yenə də mülki şəxsləri hədəf alıb. Evlər və avtomobillər atəşə tutulub.



Görüntülər Tərtər şəhərindəndir. Düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb.



Evlərə və avtomobilə ziyan dəyib, daha 6 mülki şəxs yaralanıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.



Qeyd edək ki, hazırda yaralılardan 3-nün vəziyyəti ağırdır.



Düşmənin atdığı top mərmilərindən biri də Tərtər rayonunun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb. Rayon sakini Emin Əhmədova məxsus mağazaya ziyan dəyib.



Goranboyun Tapqaraqoyunlu kəndi də səhər saatlarından intensiv atəşə tutulub.


Düşmənin ağır artilleriyadan atdığı mərmilərdən biri də Ağdamın Üçoğlan kəndinə düşüb. Mərmi Kamil Vəliyevin evinə tuş gəlib. Evə ciddi ziyan dəyib.


Ermənilərin mülki əhalini hədəfə alıb atdığı mərmilərdən biri də Bərdənin Xanərəb kəndində Adışirin İsmayılovun həyətinə düşüb. İnsanlar xəsarət almasa da, bir neçə heyvan tələf olub.


Xəbər lenti