Xəzər Xəbər

Ermənilərin hərbi texnikaları ələ keçirildi VİDEO

Veb TV | 20:03 • 30 Sentyabr 2020
Ermənilərin hərbi texnikaları ələ keçirildi

Azərbaycan ordusu bir neçə gündür ki, düşmənə sarsıdıcı zərbələr endirir. Onların müdafiə istehkamlarını məhv edirlər. Bununla bağlı kifayət qədər videogörüntülər təqdim etmişik. Azərbaycan ordusu qarşısında aciq qalan Ermənistan hərbçiləri silahlı hərbi texnikaları və silah sursatı döyüş meydanında qoyaraq qaçırlar. Bugün Füzuli və Goranboy istiqamətində düşmənə məxsus bir neçə hərbi maşın ələ keçirilib.



Bu hərbi maşınların hər üçünü müxtəlif bölgələrdə aparılan döyüş əməliyyatları zamanı düşmən hərbçiləri ərazidə qoyaraq qaçıblar.



Endirilən sarsıdıcı zərbələrdən sonra ermənistan ordusunun bundan başqa çıxış yolu qalmayıb.



Bu görüntülər Füzulidəndir. Ermənistan ordusunun döyüş meydanında qoyub qaçdığı hərbi texnikaların bir qismi ələ keçirilib.



Ələ keçirilən hərbi maşınlar işlək vəziyyətdədir.



Müdafiə Nazirliyindən bildirilib ki, işlək vəziyyətdə ələ keçirilən xeyli sayda hərbi texnika döyüş meydanından çıxarılır.



Goranboyda da qəhrəman hərbçilərimiz tərəfindən bir hərbi yük maşını ələ keçirilib. Nəqliyyat vasitəsinin rayon ərazisinə gətirilməsi böyük coşqu ilə qarşılanıb.



Bu faktlar Azərbaycan ordusunun peşəkarlığından, silahlı qüvvələrimizin döyüş və taktiki hazırlığının yüksək səviyyədə olmasından xəbər verir.


Xəbər lenti