Xəzər Xəbər

Leyla Abdullayeva “Haber Global”da: “Azərbaycan ordusu artıq Ermənistana “Dur!” deyib” - VİDEO

Veb TV | 14:11 • 30 Sentyabr 2020
Leyla Abdullayeva “Haber Global”da:

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Haber Global”ın canlı efirinıə qoşularaq, cəbhədə baş verən son hadisələrdən, Azərbaycanın məsələdə qətiyyətli addımlarından danışıb.

L.Abdullayeva bildirib ki, Azərbaycan ordusu artıq Ermənistana "Dur!” deyib:

"Artıq dördüncü gündür ki, Ermənistanın təxribatı ilə üz-üzəyik. Azərbaycan ordusu torpaqlarımızda bizə aqressivlik nümayiş etdirən Ermənistan silahlı qüvvələrinə "Dur!” deyib.

Biz 30 ildir ki. Bu münaqişənibn sülh yolu ilə həlli üçün mücadilə aparırıq. Biz sülh istədiyimizi bu illər ərzində nümayiş etdirmişik”.


Xəbər lenti