Xəzər Xəbər

Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Cəmiyyət | 13:59 • 30 Sentyabr 2020
Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti