Xəzər Xəbər

Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Dünya | 13:15 • 30 Sentyabr 2020
Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Riqada mətbuat konfransında bildirib.


Fransa Prezidenti bu gün axşam rusiyalı həmkarı ilə danışacağını vurğulayıb.


E. Makron qeyd edib ki, məsələ ilə bağlı sabah ABŞ lideri ilə fikir mübadiləsi aparacaq və böhrandan çıxış yolları ilə əlaqədar təkliflər müzakirə olunacaq.


Xatırladaq ki, Fransa, Rusiya və ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.

Xəbər lenti