Xəzər Xəbər

Baş Prokurorluq və XİN bəyanat yaydı VİDEO

Veb TV | 20:55 • 29 Sentyabr 2020
Baş Prokurorluq və XİN bəyanat yaydı

Son günlər Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki əhali arasında 12 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Həlak olanlar arasında 13 və 14 yaşlarında iki məktəbli də var. Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Ermənistanın yeni hücumları ilə bağlı birgə bəyanatında belə deyilir. Sənəddə qeyd olunur ki, toplanan faktlar üzrə cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

 

 

"27-29 sentyabr tarixlərində Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları da artilleriya atəşinə məruz qalıb". Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı birgə bəyanatında belə deyilir. Sənəddə bildirilir ki, Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib.

 

 

Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva isə bildirdi ki, yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi gözlənir. İclasda Ermənistanın təcavüzkar siyasəti və BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası tələbi gündəmə gətiriləcək.

 

 

Birgə bəyanatda həmçinin Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətləri qətiyyətlə pislənir, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanması cəhdinə son verilməsi tələb edilir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təcavüzünü qınamağa və Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməsini təmin etməyə çağırılır.

Xəbər lenti