Xəzər Xəbər

Komendant saatını pozanları nə gözləyir? VİDEO

Veb TV | 19:49 • 29 Sentyabr 2020
Komendant saatını pozanları nə gözləyir?

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində polis əməkdaşları daxili qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər. Səhər saat 6-00-a qədər xidmət aparan polislər və hərbi qulluqçular avtomobil və piyadalara nəzarət edir. Qaydaları pozan şəxsləri hansı cəza gözləyir? Bunu indi təqdim edəcəyimiz süjetdən biləcəksiniz.




Komendant saatı rejmini pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediləcək.



Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Poli İdarəsinin əməkdaşı Araz Əsgərli deyib. Onun sözərinə görə, ötən gün axşam saat 9-dan artıq şəhər yol polis idarəsinin əməkdaşları gücləndirilmiş rejimdə şəhərə nəzarət edirlər. Yol polisi və Daxili Qoşunların Hərbi Qulluqçuları axşam küçədə bütün hərəkət iştrakçılarını saxlayaraq icazələrinin olub olmamasını yoxlayırlar. Hətta avtomobillərin yük yerlərinə də baxış keçirirlər.



Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır. Qeyd edək ki, komendat saatı qaydasını pozan hərəkət iştrakçıları inzibati xətalar məcəlləsinin 517-2.2 maddəsi ilə yəni Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcəklər. Bakı Şəhər Dövlət Yol Poli İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, ölkə ərazisində həm də hərbi vəziyyət rejmi tətbiq edildiyindən hər bir sürücü yollarda maksimum dərəcədə diqqətli olmalıdırlar. Onlar yollarda operativ nəqliyyat vasitələrinin rahat hərəkətinə şərait yaratmalıdırlar.



Xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 6:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq olunub, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.




Xəbər lenti