Xəzər Xəbər

Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Gündəm | 08:02 • 29 Sentyabr 2020
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Ermənistan növbəti provokasiyaya əl atıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.


Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

Xəbər lenti