Xəzər Xəbər

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi VİDEO

Veb TV | 16:04 • 28 Sentyabr 2020
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.


Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.


Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.


Xəbər lenti