Xəzər Xəbər

Türkiyə parlamentinin sədri: Azərbaycanın yanında olmağa davam edəcəyik

Dünya | 17:10 • 28 Sentyabr 2020
Türkiyə parlamentinin sədri:

"Bütün dünya, xüsusən də Ermənistanın dövlət terroruna ortaq olanlar bilməlidir ki, Azərbaycan Türkiyə üçün dost bir ölkə, sadəcə yaxın coğrafiya deyil. Eyni zamanda könül coğrafiyasıdır, tale coğrafiyasıdır”.


"Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.


"Türkiyə hər zaman maddi, mənəvi bütün gücü ilə Azərbaycanın yanındadır və bir an belə tərəddüd etmədən hər zaman yanında olmağa davam edəcəkdir”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib./apa

Xəbər lenti