Xəzər Xəbər

Azərbaycan Dəmir Yolları bugünki qərarını ləğv etdi - YENİLƏNİB

Cəmiyyət | 15:44 • 28 Sentyabr 2020
Azərbaycan Dəmir Yolları bugünki qərarını ləğv etdi - YENİLƏNİB

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. 


Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir. 


Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının  hərəkət qrafiki olduğu kimi saxlanılır. 


****


Komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq 28 sentyabr tarixindən etibarən qatarlarının cədvəlinə dəyişiklik edilir.


Bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb. 


Bildirilib ki, Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

Xəbər lenti