Xəzər Xəbər

ABŞ Bağdadda səfirliyini bağlaya bilər

Dünya | 16:41 • 28 Sentyabr 2020
ABŞ Bağdadda səfirliyini bağlaya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası İraq rəhbərliyinə ölkədəki səfirliyini bağlamağa hazır olduğu barədə xəbərdarlıq edib.


"Wall Street Journal” xəbər verir ki, İraq raket hücumlarının dayandırılmasını təmin etməsə, ABŞ bu addımı atacaq.


Bildirilir ki, ABŞ dövlət katibi Mayk Pompeo bundan əvvəl İraq Prezidenti Bəhram Saleh və Baş nazir Mustafa al-Kazimi ilə telefon danışığı zamanı bu barədə xəbərdarlıq edib.


Dövlət Departamentinin sözçüsü Pompeo bununla bağlı şərh verməkdən imtina etsə də, bildirib ki, ABŞ İran tərəfindən dəstəklənən silahlıların səfirliyə hücum edəcəyi ilə bağlı narahatdır.


Xatırladaq ki, avqustun 30-da iki "Katyusha” raketi Bağdad hava limanının yaxınlığına düşüb.

Xəbər lenti