Xəzər Xəbər

Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanladı

Mədəniyyət | 16:11 • 28 Sentyabr 2020
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanladı

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanıb.


Mədəniyyət Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilib.


Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib. Müraciətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın qədim memarlıq abidələrini, mədəniyyətimizin ən yüksək nümunələrinin saxtalaşdırıldığı və məhv edildiyinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi ifadə edilərək, belə bir həssas zamanda mənfur düşmənin dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi apardığı diqqətə çatdırılır. Qeyd olunur ki, ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxaraq, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.


Müraciətdə daha sonra deyilir:


- Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.


Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.


Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.


Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!


Biz birlikdə güclüyük! Zəfər bizimlədir!


Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor, Əməkdar memar


Rasim Əliyev – Əməkdar memar


Gülçöhrə Məmmədova – memarlıq doktoru, professor, Əməkdar memar


Rizvan Bayramov – memarlıq üzrə fəlsəfə doktoru


Rasim Babakişiyev – Əməkdar memar


Nəriman İmaməliyev – Əməkdar memar


Nazim Vəliyev – Əməkdar memar


Kamal Musaxanov – Əməkdar memar


Famil Ağayev – Əməkdar memar


Faik Yuzbaşev – Əməkdar memar


Afiz Əmirxanov – Əməkdar memar


Əlibəy Novruzi – Əməkdar memar


Ramiz Əbdülrəhimov – Əməkdar ali məktəb işçisi, memarlıq üzrə fəlsəfə doktoru, professor


Zahidə Məmmədova – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru


Elkin Ələsgərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, professor


Xəlil Cəfərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru


Cəfər Qiyasi – memar, professor, AMEA-nın müxbir üzvü


Ertəkin Salamzadə – memarlıq üzrə fəlsəfə doktoru, professor, AMEA-nın müxbir üzvü


Faiq İsmayılov – "Azərbaycanın İşqal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İB-nin sədri


Afaq Məlikova – Xalq artisti, rəqqasə


Təranə Muradova – Xalq artisti, rəqqasə


Rüfət Xəlilzadə – Xalq artisti, rəqqas


Roza Cəlilova – Xalq artisti, rəqqasə


Yusif Qasımov – Xalq artisti, rəqqas


Gülbacı İmanova – Xalq artisti, xormeyster


Ağaverdi Paşayev – Xalq artisti, dirijor


Firidun Məhərrəmov – Xalq artisti, rejissor


Ayan Mirqasımova – Xalq artisti, aktrisa


Fəxrəddin Dadaşov – Xalq artisti, kamança ifaçısı


Möhlət Müslümov – Xalq artisti, tarzən


Ağacəbrayıl Abbasaliyev – Xalq artisti, kamança ifaçısı


Zamiq Əliyev – Xalq artisti, tarzən


Ağasəlim Abdullayev – Xalq artisti, tarzən


Firuz Əliyev – Xalq artisti, tarzən


Vamiq Məmmədəliyev – Xalq artisti, tarzən


Ceyran Haşımova – Xalq artisti, tar ifaçısı


Eldar Mansurov – Xalq artisti, bəstəkar


Cavanşir Cəfərov – Xalq artisti, dirijor


İlqar Muradov – Xalq artisti, müğənni


Cavan Zeynallı – Xalq artisti, müğənni


Elnarə Kərimova – Xalq artisti, xormeyster


Əlixan Səmədov – Xalq artisti, balaban ifaçısı


Kamil Cəlilov – Xalq artisti, qaboy ifaçısı


Cahangir Novruzov – Xalq artisti, rejissor, aktyor


Sərxan Sərxan (Qurbanbəyov) – Xalq artisti, müğənni


Yalçın Adıgözəlov – Xalq artisti, dirijor


Yeganə Axundova – Xalq artisti, pianoçu


Azər Dadaşov – Xalq artisti, bəstəkar


Ülviyyə Hacıbəyova – Xalq artisti, pianoçu


Natiq Şirinov – Xalq artisti, nağara ifaçısı


Ənvər Sadıqov – Xalq artisti, qarmon ifaçısı


Aftandil İsrafilov – Xalq artisti, qarmon ifaçısı


Mircavad Cəfərov – Xalq artisti, ud ifaçısı


Şəfiqə Eyvazova – Xalq artisti, kamança ifaçısı


Sadıq Zərbəliyev – Xalq artisti, zərb ifaçısı


Munis Şərifov – Xalq artisti, kamança ifaçısı


Vasif Allahverdiyev – Xalq artisti, bəstəkar


Fikrət Verdiyev – Xalq artisti, tarzən


Brilliant Dadaşova – Xalq artisti, müğənni


Mübariz Tağıyev – Xalq artisti, müğənni


Tünzalə Ağayeva – Xalq artisti, müğənni


Şahnaz Həşimova – Xalq artisti, müğənni


Bilal Əliyev – Xalq artisti, müğənni


Gülyaz Məmmədova – Xalq artisti, xanəndə


Gülyanaq Məmmədova – Xalq artisti, xanəndə


Teyyub Aslanov – Xalq artisti, xanəndə


Simarə İmanova – Xalq artisti, xanəndə


Uran Seyidov – Xalq artisti, violin ifaçısı


Şükür Səmədov – Xalq artisti, klarnet ifaçısı


Müzəffər Ağamalızadə – Xalq artisti, fleyta ifaçısı


Şəhla İbrahimova – Xalq artisti, violin ifaçısı


Vitali Astakin – Xalq artisti, trombon ifaçısı


Natiq Quliyev – Əməkdar incəsənət xadimi, rejissor


Telman Hacıyev – Əməkdar incəsənət xadimi, fleyta ifaçısı


Ceyhun Allahverdiyev – Əməkdar incəsənət xadimi, bəstəkar


Aydın Əzimov – Əməkdar incəsənət xadimi, bəstəkar.

Xəbər lenti