Xəzər Xəbər

Azərbaycanın Xarici İşlər nazirinin iranlı həmkarı ilə telefon danışığı olub

Gündəm | 08:54 • 28 Sentyabr 2020
Azərbaycanın Xarici İşlər nazirinin iranlı həmkarı ilə telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildirilib ki, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək, bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib. O, gərginliyin azaldılması üçün lazımi addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd edib.


Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verib və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Xəbər lenti