Xəzər Xəbər

Ziyafət Əsgərov: Bizim davamız yalnız Ermənistan ordusuyladır

Gündəm | 20:05 • 27 Sentyabr 2020
Ziyafət Əsgərov: Bizim davamız yalnız Ermənistan ordusuyladır

"Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdi. Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli tədbirlərdən də Ermənistanın hansı vəhşiliklər törətdiyini bir daha xatırladırdı”.


Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.


O bildirib ki, erməni tərəfi təkcə işğalçı deyil, həm də vəhşidir, faşistdir: "Onlar bizim ən müqəddəs yerlərimizdə donuz saxlayırlar. Mülki əhaliyə atəş açırlar, öldürürlər. Hazırda gedən döyüşlərdə də onların mülki əhalini hədəf alması ilə bağlı məlumatlar gəlməkdədir. Buna baxmayaraq, biz beynəlxalq humanizm prinsiplərini rəhbər tuturuq. Bizim davamız yalnız Ermənistan ordusuyladır. 30 il ərzində bizim beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər nəticə verməyib. BMT-yə 4 qətnaməsinin icra edilməməsi ilə bağlı quruma ünvanlanan müraciətlərimizi onlar qulaqardına vururdular. Ermənistan quduzlaşmış itdir. Daha onlar başa düşmürlər ki, quduzlaşmış iti müalicə edirlər, onun iynəsi var. Bu gün o iynəni bizim ordumuz vurub və bundan sonra da vuracaq”.

Xəbər lenti