Xəzər Xəbər

Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

Dünya | 15:27 • 26 Sentyabr 2020
Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 1,14 milyon nəfəri keçib.


Ölkədə son sutka ərzində 7 523 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.


Bu günə qədər Rusiyada 1 143 571 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 225 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 940 150 nəfər virusdan sağalıb, 183 196 nəfərin müalicəsi isə davam edir./trend

Xəbər lenti