Xəzər Xəbər

Livanın Baş Naziri istefa verib

Dünya | 13:30 • 26 Sentyabr 2020
Livanın Baş Naziri istefa verib

Livanın Baş Naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib.


Bu barədə Al-Hadathl telekanalı məlumat yayıb.


"Siyasi partiyalar mənim kabineti formalaşdırmaq naminə can atdığım həmrəyliyi pozduqlarına görə üzr istəyirəm. Onlar prosesi siyasiləşdirməkdən əl çəkmədilər”, - deyə Ədib ölkə Prezidenti Mişel Aunla görüşündən sonra bildirib.


O, eyni zamanda, Fransanın Livanda vəziyyəti sabitləşdirmək təşəbbüsünü reallaşdırmağın vacibliyini vurğulayaraq deyib: "Livanı xilas etmək üçün Makronun təşəbbüsünü reallaşdırmağı davam etdirmək lazımdır”.

Xəbər lenti