Xəzər Xəbər

Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır

Dünya | 11:48 • 26 Sentyabr 2020
Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır

Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.


"TASS"ın verdiyi məlumata görə, telefon danışığı təxminən sentyabrın 29-da baş tuta bilər, hazırda bu tarix tərəflər arasında razılaşdırılır.


Bildirilir ki, yeni baş nazir daha əvvəl bir sıra dövlətlərin liderləri ilə telefon danışığı aparıb. Y.Suqanın ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, Cənubi Koreya Prezidenti Mun Çje İn və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı olub.



Qeyd edək ki, sentyabrın 16-sı Yaponiya parlamenti Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqanı ölkənin yeni Baş naziri kimi təsdiqləyib./Trend

Xəbər lenti