Xəzər Xəbər

Braziliyada koronavirusdan ölənlərin sayı 140 min nəfəri ötdü

Dünya | 09:54 • 26 Sentyabr 2020
Braziliyada koronavirusdan ölənlərin sayı 140 min nəfəri ötdü

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 31 911 nəfər yoluxub.


"Xihua"nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.


Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 689 613 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 729 nəfər ölüb, ölənlərin ümumi sayı 140 537 nəfər təşkil edir./trend


Xəbər lenti