Xəzər Xəbər

Tibb Universitetinə yeni prorektor təyin olunub

Cəmiyyət | 18:51 • 25 Sentyabr 2020
Tibb Universitetinə yeni prorektor təyin olunub

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub. Belə ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.


Universitetdən verilən xəbərə görə, prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.


Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.

Xəbər lenti

Çox oxunanlar