Xəzər Xəbər

Uçan məişət videomüşahidə kamerası təqdim edilib

Texnologiya | 15:31 • 25 Sentyabr 2020
Uçan məişət videomüşahidə kamerası təqdim edilib

Amazon kompaniyası pilotsuz rejimdə çalışan Always Home Cam məişət kamerasını təqdim edib.


Xezerxeber.az xəbər verir ki, istehsalçı qurğunu özünün YouTube kanalında göstərib.


Kamera əsas rejimdə dok-stansiyaya qoşulmuş vəziyyətdə müşahidə aparır. Amma əgər onun sahibi, məsələn, mətbəxdə peçin söndürüldüyünə əmin olmaq istəyirsə, dron rejimini işə salır. Kamera dok-stansiyadan ayrılır və məsafədən idarə olunaraq marşrut üzrə hərəkətə başlayır.


Dron rejimi, həmçinin işə düşən siqnalizasiyaya qoşulur. Bu halda istifadəçinin smartfonuna xəbərdarlıq gəlir və kamera internetə qoşuludursa, binadan, yaxud evdən canlı videoyayım həyata keçirir.


Kameranı hazırlayanlar qeyd edirlər ki, o, dron rejimində insanlar və ev heyvanları üçün tam təhlükəsizdir. Səsini isə bilərəkdən güclü ediblər ki, ətrafdakılar onun yaxınlaşmasını duya bilsinlər.

Xəbər lenti