Xəzər Xəbər

Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

Veb TV | 12:10 • 24 Sentyabr 2020
Bakıda "protiv" sürən "Hyundai" keçiddə piyadanı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

XəzərXəbər Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq hərəkət edir. Bu zaman piyada keçidindən keçən piyadanı vurur. Hadisə nəticəsində piyada ağır xəsarət alır.

Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılır.

Qeyd edək ki, bu küçədə bəzən sürücülər əks istiqamətdə hərəkət edir. Amma ən böyük risk həmin piyada keçidi yerləşən ərazidir. Çünki "Şəhidlər xiyabanı" istiqamətindən gələrək Teymur Elçin küçəsinə dönmə edən sürücülər qarşıdan gələni heç cür görə bilmir.

Xəbər lenti