Xəzər Xəbər

Qazaxıstanda ölüm hökmü ləğv edildi

Dünya | 11:26 • 24 Sentyabr 2020
Qazaxıstanda ölüm hökmü ləğv edildi

Qazaxıstan beynəlxalq protokollara qoşularaq ölüm hökmünü ləğv edib.


"Sputnik Kazaxıstan” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.


Bildirilib ki, Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğvi barədə ikinici protokolu imzalayıb.


Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzələnib.


Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. "Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü./Report

Xəbər lenti