Xəzər Xəbər

Navalnı xəstəxanadan evə buraxıldı

Dünya | 13:11 • 23 Sentyabr 2020
Navalnı xəstəxanadan evə buraxıldı

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Almaniyanın paytaxtı Berlində müalicə aldığı xəstəxanadan evə buraxılıb.


Bu barədə onun müalicə aldığı "Charite” xəstəxanasının rəsmi saytı məlumat yayıb.


Xəstəxananın yaydığı məlumatda qeyd olunur ki, Aleksey Navalnı "Charite” klinikasında 32 gün müalicə alıb, bunun 24 gününü o, reanimasiyada keçirib.


A.Navalnının müalicəsini aparan mütəxəssislər hesab edir ki, xəstənin mövcud vəziyyəti onun tam sağalacağını deməyə əsas verir.


Qeyd edək ki, rusiyalı müxalifətçi, "Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib.


O, Omsk xəstəxanasında qaldıqdan bir neçə gün sonra Berlinin "Charite” klinikasına aparılıb.


Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib./oxu.az

Xəbər lenti