Xəzər Xəbər

Spiker: Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək

Gündəm | 12:58 • 23 Sentyabr 2020
Spiker:

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışıb


Sədr deyib: "Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir. Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?


Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək”.

Xəbər lenti