Xəzər Xəbər

Sevənlərinə NƏZƏRİNƏ: Aşiq olmaq insanı arıqladır

Cəmiyyət | 09:59 • 23 Sentyabr 2020
Sevənlərinə NƏZƏRİNƏ: Aşiq olmaq insanı arıqladır

Sevgiyə aid minlərlə şeir, mahnı, dastanlar yazılıb, filmlər çəkilib. Yenə də sevginin əsl formulunu hələlik tapan olmayıb.


Aşiq olmaq arıqlamaq üçün daima motivasiya qaynağı olmuşdur və aşiq olan insanlar fiziki görünüşünə daha çox fikir verirlər. Mütəxəssislər aşiq olan hər 10 nəfərdən 8-nin arıqladığını müşahidə ediblər. İngiltərənin Birmingham universitetinin araşdırması göstərib ki, aşiq olanlar 5 kilo arıqlayıblar. Araşdırmaya qatılan aşiq qadınların yüzdə 62 faizi, kişilərinsə yüzdə 50 faizi münasibətə başladıqdan sonra çəki itirdiklərini deyiblər.


Belə ki, sevgi hissi bədənimizin biologiyasını dəyişdirən hissdir. Aşiq olan zaman bədənimizdə ifraz olan melatonin, seratonin, adrenalin və oksitosin hormonları obezdən xərçəngə qədər bir çox xəstəliyə şəfa olur. Sevgi bədənimizdə melatonin hormonunu ifraz edərək, immun sistemimizi gücləndirən, hüceyə yenilənməsini sürətləndirən, daha keyfiyyətli yuxu yatmağımıza, asan çəki atmağımıza səbəb olan duyğudur. Aşiq olduğumuzda gözlərimizin və dərimizin parlaması ifraz olunan hormonlarla əlaqədardır.


Unutmayaq ki, ifraz olunan hormonlardan seratoninin digər adı xoşbəxtlik hormonudur. İnsana xoşbəxtlik, canlılıq, yüksək düşünmə qabiliyyəti bəxş edir. Üstəlik artıq enerji və az iştaha səbəb olaraq tez arıqlamağa kömək edir.


Aşiq olan zaman ifraz olan adrenalin hormonu orqanizmin sürətli çalışmasına və daha çox kalori yandırmasına kömək edir. Yəni yediklərimizi daha tez həzm edib çəki atırıq./Publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
409 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti