"Beşiktaş” klubunun baş məşqçisi Sergen Yalçın koronavirusa qalib gəlib.
Bu barədə "Beşiktaş” klubu rəsmi məlumat yayıb.
Futbol mütəxəssisinin son testinin nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, S. Yalçında sentyabrın 12-də koronavirus aşkarlanmışdı.
O, "Beşiktaş”ın Türkiyə Super Liqasında "Trabzanspor”a və "Antalyaspor”a qarşı keçirdiyi oyunlarda iştirak edə bilməmişdi.