Xəzər Xəbər

ÜST rəhbəri: Gələcəkdə yeni təhlükəli viruslar peyda olacaq

Cəmiyyət | 18:42 • 21 Sentyabr 2020
ÜST rəhbəri: Gələcəkdə yeni təhlükəli viruslar peyda olacaq

Biz dəqiq bilirik ki, gələcəkdə yeni viruslar və "İks” adlanan xəstəlik peyda olacaq.


Xezerxeber.az Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidmətinə istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərkən söyləyib. O, yeni xəstəliklərin baş verməsinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin zəruri vasitələrə malik olduğunu vurğulayıb.


Doktor Tedros, SARS və H5N1 viruslarına qarşı mübarizənin təcrübəsinə əsaslanan Tailand hökumətinin və ictimaiyyətinin vaxtında və sürətlə səfərbər olunaraq COVID-19-un yayılmasının qarşısını ala bilmələrini misal gətirib. "Tailandda olduğu kimi "əzələ yaddaşının” inkişafı pandemiyaya qarşı mübarizə aparmaq üçün çox vacibdir və indi bütün dünya bu cəhətdən döyüş hazırlığında olmalıdır”, - deyə o vurğulayıb


ÜST rəhbərinin fikrincə, koronovirus artıq bu əsrdə baş vermiş ən təhlükəli xəstəliklərin ilk epidemiyası olmasa da, o beynəlxalq ictimaiyyəti qəfildən yaxalayıb. Bununla bağlı Tedros Zika və Ebola kimi xəstəlikləri misal gətirib.


"Hər dəfə eyni şey baş verir. Epidemiyanın ən qızğın çağında onunla mübarizəyə böyük pullar xərclənir, lakin sonrakı epidemiyaya hazırlaşmaq üçün ehtiyat fondunda vəsait qalmır”, - deyə Tedros söyləyib.


O xatırladıb ki, XXI əsrdə təhlükəli xəstəliklərin əksəriyyəti zoonoz xəstəliklərə, yəni insana heyvanlardan ötürülən xəstəliklərə aid olanlardır. Çox güman ki, COVID-19 da onların sırasına daxildir. Bu xəstəliyin əsas daşıyıcısının yarasalar olması və bu virusun onlardan digər heyvana keçərək insana yoluxması ehtimal olunur. Mümkün "vasitəçilər” sırasında panqolinlərin adı çəkilir.


ÜST rəhbəri insanın vəhşi təbiətin ərazisini mənimsəməkdə davam etdiyini və buna görə də yeni patogenlərin heyvanlardan insana keçməsi riskinin artdığını vurğulayıb.


Doktor Tedros bəyan edib ki, beynəlxalq ictimaiyyət ötən illərin təcrübəsinə əsaslanaraq yeni xəstəlik və pandemiyalara qarşı mübarizəyə birgə hazırlaşmalıdır.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti