Xəzər Xəbər

Bu şəxslər üçün bank xidmətləri pulsuz olacaq VİDEO

Veb TV | 21:45 • 20 Sentyabr 2020
Bu şəxslər üçün bank xidmətləri pulsuz olacaq

Aşağı gəlirli və işsiz vətəndaşlar bəzi bank xidmətlərindən pulsuz istifadə edəcəklər. Əlbəttə ki, bununla bağlı hazırlanan layihə qəbul olunsa. Bəs bu xidmətlərə nələr aiddir?

 

 

Əhalinin aztəminatlı təbəqəsinin bəzi bank xidmətlərindən pulsuz istifadə edə bilməsini nəzərdə tutan layihə hazırlanıb. Azərbaycan Mərkəzi Bankı və Banklar Assosiasiyasının birgə hazırladığı layihə "Baza bank xidmətləri" paketi adlanır. Aşağı gəlirli əhali qrupu üçün nəzərdə tutulan paketdən ilkin mərhələdə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslər yararlana biləcəklər.

 

 

"Baza bank xidmətləri" paketi özündə bir sıra güzəştləri ehtiva edir.

 

 

 

"Baza bank xidmətləri" ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirmək, maliyyə inklüzivliyinin yüksəldilməsi və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirmək məqsədi daşıyır. Layihə artıq banklara təqdim olunub, amma nə vaxtda iş düşəcəyi barədə məlumat yoxdur.


Xəbər lenti