Xəzər Xəbər

Cengiz Ünder "Lester Siti"də RƏSMİ

İdman | 15:08 • 20 Sentyabr 2020
Cengiz Ünder "Lester Siti"də

İngiltərənin "Lester Siti" klubu "Roma"nın yarımmüdafiəçisi Cengiz Ündəri məcburi satın alma şərti icarəyə götürüb.


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, "tülkülər" bu keçid üçün 3 milyon avro təzminat ödəyib.


 


Premyer Liqa klubu mövsümün sonunda daha 25 milyon avro ödəyib, türkiyəli futbolçunun transfer hüququna yiyələnəcək. Cengizlə mövsümün sonunda 5 illik müqavilə imzalanacaq. Onun illik maaşı 3,5 milyon avro olacaq.


 


"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer edib. 23 yaşlı futbolçu "canavarlar"da keçirdiyi 3 mövsümdə 88 oyuna çıxıb və 17 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti