Xəzər Xəbər

Aleyna Tilki işsiz musiqiçilər üçün HƏRƏKƏTƏ KEÇDİ - "Çox narahatam..."

Şou Biznes | 13:31 • 20 Sentyabr 2020
Aleyna Tilki işsiz musiqiçilər üçün HƏRƏKƏTƏ KEÇDİ - "Çox narahatam..."

Türkiyəli gənc müğənni Aleyna Tilki pandemiya səbəbindən işsiz qalan musiqiçilər üçün yeni bir layihə hazırladığını elan edib.


Xəyalındakı layihəsini reallaşdırmaq üçün çalışmağa davam etdiyini bildirən musiqiçi, layihəsinin hər kəs üçün yaxşı olacağını bildirib.


Pandemiya səbəbindən uzun müddət səhnədə olmayan gənc müğənni bunları deyib: "Musiqiçilərin işləməsini o qədər çox istəyirəm ki. Hamısı işsizdir. Bu mövzuda çox narahatam. Ancaq konsert və "İnstaqram" layihələrindən əlavə nələrsə edəcəm. Həmin layihə ilə bağlı iclaslar keçirirəm. Öz komandamla bağlı da narahatam. İstədiyim layihə reallaşarsa, hər kəs üçün yaxşı olacaq”./Publika.az

Xəbər lenti