Xəzər Xəbər

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

İdman | 13:24 • 20 Sentyabr 2020
Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.


Günün ilk matçında "Zirə" "Sabah"ı qəbul edəcək.


Günün əsas matçında Azərbaycan derbisi gerçəkləşəcək. Son ölkə çempionu "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Bu, komandaların çempionatda 80-ci dueli olacaq.


Azərbaycan Premyer Liqası


III tur


20 sentyabr (bazar)


18:00. "Zirə”– "Sabah”


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı


Hakim-inspektor: Feyzulla Feyzullayev


AFFA nümayəndəsi: Eldəniz Musayev


Zirə İdman Kompleksinin stadionu


20:15. "Qarabağ” – "Neftçi”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov


Hakim-inspektor: Ömər Paşayev


AFFA nümayəndəsi: Ramiz Mustafayev


"Azersun Arena”


Qeyd edək ki, turun digər matçında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" matçında qol vurulmayıb.

Xəbər lenti