Xəzər Xəbər

Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs tutulub - VİDEO

Veb TV | 19:36 • 19 Sentyabr 2020
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs tutulub -

Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi avtomobilin dəyəri 2000 manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.


Şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsinin səsboğucu sistemi Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov tərəfindən oğurlanıb.


Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs ifadəsində törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti