Xəzər Xəbər

COVID-19 peyvəndi aprelədək əlçatan olacaq

Cəmiyyət | 15:34 • 19 Sentyabr 2020
COVID-19 peyvəndi aprelədək əlçatan olacaq

ABŞ hakimiyyəti 2021-ci ilin yanvar ayına qədər koronavirusa qarşı 100 milyondan çox vaksin dozasını paylaşdıracaq, aprel ayında isə hər bir amerikalı peyvənd əldə etmək imkanına malik olacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunu üzvü Skott Atlas məlumat verib.


"İlin sonuna qədər, ən geci yanvar ayında ölkədə 100 milyondan çox vaksin dozası istehsal olunacaq. Bu vaksinlər gəlin ilin ilk kvartalında peyvənd olunmaları üçün prioritet əsaslarla əhalinin həssas qruplarına, həmçinin koronavirusla mübarizə aparan tibb işçilərinə paylanacaq. Aprel ayından başlayaraq isə peyvənd olunmaq istəyən hər bir amerikalının buna imkanı çatacaq”, - deyə Skott Atlas bildirib. Onun sözlərinə görə, peyvəndləmə könüllülük əsasında aparılacaq.


Qeyd edək ki, ABŞ hakimiyyəti Oksford Universiteti ilə birgə koronavirusa qarşı vaksin hazırlayan Böyük Britaniya və İsveçin birgə "AstraZeneca” əczaçılıq kompaniyasına 1,2 milyard dollar vəsait ayırıb. Bundan başqa, Vaşinqton bu məqsədlər üçün Amerikanın "Moderna” biotexnologiya kompaniyasına 486 milyon dollar, "Johnson & Johnson” əczaçılıq kompaniyasına isə 456 milyon dollar ödəyib. Həmçinin "Merck и Pfizer” kompaniyası da ABŞ-da COVID-19 əleyhinə vaksin üzərində çalışır. Ağ evin məlumatına əsasən, ABŞ administrasiyası indiyədək bu layihələrə 12 milyard dollar investisiya qoyub.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti