Rusiyada 2 koronavirus dərmanının apteklərdə satışına start verilib.
Bu barədə "R-Farm”ın mətbuat xidmətindən RBK qəzetinə bildirilib.
"Koronavir” (R-Farm şirkəti) və "Areplivir” (Promomed şirkəti) dərmanları xəstəliyi yüngül və ya orta dərəcədə keçirən infeksiya daşıyıcıları üçün nəzərdə tutulub. Firma təmsilçiləri preparatların COVID-19 xəstəliyi səbəbilə xəstənin bədənində komplikasiya yaranması riskini minimuma endirdiyini bildirir.
Aparılan sınaqlarda dərmanların koronavirus xəstələrini 7 gün içində yaxşılaşdırdığı məlum olub./Publika.az