Xəzər Xəbər

"Fənərbaxça"dan Çin klubuna keçdi

İdman | 17:45 • 18 Sentyabr 2020
"Fənərbaxça"dan Çin klubuna keçdi

"Fənərbaxça"nın müdafiəçisi Jailson karyerasını Çində davam etdirəcək.


 


"Dalian" klubu braziliyalı futbolçunun keçidi üçün 5 milyon avro təzminat ödəyib. Bu məbləğin 20 faizi (1 milyon avro) futbolçunun keçmiş klubu "Qremio"ya çatacaq.


 


"Fənərbaxça" 25 yaşlı oyunçunu 2018-ci ilin yayında "Qremio"dan 4 milyon avroya transfer etmişdi. O, İstanbul klubunda keçirdiyi 63 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər lenti