Xəzər Xəbər

İspan epidemioloqlar karantin tədbirlərinin sərtləşdirilməsini tələb edirlər

Dünya | 17:23 • 18 Sentyabr 2020
İspan epidemioloqlar karantin tədbirlərinin sərtləşdirilməsini tələb edirlər

İspaniya Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 17-də ölkədə 11.291 yeni koronavirusa yoluxma və 162 ölüm fakt qeydə alınıb.


Pandemiya başlanandan bəri İspaniyada 625.651 nəfər koronavirusa yoluxub və 30.405 nəfər vəfat edib.


Madriddəki xəstəxanaların intensiv terapiya şöbələrinin 64 faizi koronaviruslu pasiyentlərlə doludur. Pandemiyanın birinci dalğasının ən kəskin dövründə belə xəstələrin sayı 1528 nəfər olub. Həkimlər bu kollapsın təkrarlana biləcəyindən ehtiyat edirlər.


Bu gün Madrid hökumətinin sədri İsabel Dias Ayuso regionda COVID-19-un yayılmasını zəiflətmək məqsədilə yeni karantin tədbirlərini elan edəcək.


İxtisasca epidemioloq olan, Ümumdunya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə keçmiş direktoru Daniel Lopes Akunyanın sözlərinə görə, Madridin elan etdiyi tədbirlər gecikib və onlar pandemiyanın zəiflədilməsi üçün kifayət deyil.


Epidemioloqun fikrincə, şəxsiyyətlərarası əlaqələri və infeksiyanı məhdudlaşdırmaq üçün Madrid yenidən birinci fazaya qayıtmalıdır. O deyib: "Hərəkətə keçmək lazımdır. İspaniya paytaxtı mühüm kommunikasiya mərkəzi olmaqla bərabər, həm də ölkənin iqtisadi və sosial hərəkətverici qüvvəsidir. Koronavirusun birinci dalğasında da məhz Madrid episentr olub. Yadda saxlamaq lazımdır ki, epidemiya ərazi sərhədləri tanımır. Ölkədə diaqnozu müsbət nəticə vermiş simptomsuz xəstələrin sayı çoxdur. Onların bu xəstəliyi yayması tezliyi sürətlə artır. Test yoxlamalarının 32 faizi müsbət nəticə verib. Paytaxtda xəstələnənlərin ümumi sayı ölkə üzrə orta göstəricidən 6 dəfə yüksəkdir. Bu, yayılmanın təhlükəli sürətinə dəlalət edir”./AZƏRTAC

Xəbər lenti